Mutu "Neftçi"ni çempion etməsə… İkinci Rege olacaq?

3 Sentyabr 2023 12:20 Neftçi 2 339
Mutu "Neftçi"ni çempion etməsə… İkinci Rege olacaq?

«Neftçi» Premyer Liqada ardıcıl ikinci qələbəsini qazandı.

Cəmi bir neçə gün öncə Azərbaycana gələn Dieqo Valdez bəlkə də topa ilk vuruşunda yeni komandasına qalibiyyət sevinci yaşatdı.

Vəssalam, bura qədər!

Açığını söyləməkdən çəkinmirəm, «Neftçi» bu epizod xaricində nəyləsə yadda qalmadı. Rusların təbirincə desək, Adrian Mutunun komandasının ifasında «sumbırnıy» futbol izlədik.

Rumıniyalı futbolçularını sırf nəticə üçün meydana çıxarmışdı və onlardan bundan artığını istəmədiyi göründü.

«Nə edirmiz edin, təki 3 xal bizim olsun» - deyəsən, baş məşqçi paltardəyişmə otağında bu tapşırığı dönə-dönə təkrarlayıb.

«Neftçi» bu il medallardan birinə oynayır. Çempion olmasalar, Mutu rəhbərlikdən güldən ağır söz deməyəcəklər

. O, bunu ağlının uçundan da keçirmir. Lorentsiu Regekampf da son günə kimi belə fikirləşirdi. Axırını gördük.

Sovet dövründəkitək beşillik plan üzərində işləyəcəyini fikirləşə-fikirləşə bir də xəbər tutdu ki, yerinə namizəd axtarışına çıxıblar və o, kim olsa, yaxşıdır? Vaxtilə bir yerdə çalışdığı həmyerlisini

Mutu «Neftçi»yə həmyerlisindən fərqli üslub gətirməyib. Yenilik etməyib.

Bu, hara qədər belə davam edəcək, proqnoz vermək istəmirəm.

Nə vaxt «Neftçi»ni dominant futbol oynayan görəcəyik, buna da həmçinin.

O günün işartısı hələ üfüqdə sezilmir…

MUSA

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar