"Neftçi"yə dönmək üçün ŞOK MƏBLƏĞ istədi, ondan iki dəfə az pula imzanı atdı

1 Sentyabr 2023 14:40 Neftçi 3 506
"Neftçi"yə dönmək üçün ŞOK MƏBLƏĞ istədi, ondan iki dəfə az pula imzanı atdı

Sabir Buqrinin yeni klubu müəyyənləşib.

Mərakeşli hücumameyilli yarımmüdafiəçi karyerasını ölkəsində davam etdirəcək.

27 yaşlı vinger "Raya Kasablanka"ya keçib.

Buqrin yeni klubu ilə 2025-ci ilin yayına kimi nəzərdə tutulan müqavilə imzalayıb. O, "Raya Kasablanka"da 34 nömrəli forma ilə çıxış edəcək.

Sabir 2020-ci ilin yayından 2022-ci ilin yanvar ayınadək "Neftçi"də çıxış edib. 2022-ci ilin yanvarında "ağ-qaralar"dan "Esperans"a (Tunis) keçmiçdi.

Orta sahə oyunçusu buradan qalmaqalla ayrılıb. Tunis təmsilçisi üzərinə götürdüyü maliyyə öhdəliklərini yerinə yetirməyib, onun bir neçə aylıq maaşını verməyib.

Odur ki, Buqrin FİFA-ya şikayət edib və azad agent statusu ilə "Raya Kasablanka"ya yollanıb. Sabiq «Neftçi»linin vətənində aylıq qazancı 22 min dollar təşkil edəcək.

Halbuki o, yenidən ağ-qara formanı geynmək üçün bakılılardan illik 500 min avro tələb edirdi. «Neftçi» isə ona bu məbləğin yarısını təklif elədiyindən, qayıdış baş tutmayıb.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar