"Neftçi"nin yeni cənubi amerikalısı: "İmkanım olmadı ki…" - VİDEO

1 Sentyabr 2023 07:50 Neftçi 1 263
"Neftçi"nin yeni cənubi amerikalısı: "İmkanım olmadı ki…" - VİDEO

"Neftçi"nin yeni transferi Dieqo Valdez klubun yutub kanalına müsahibə verib.

Sportinfo.az xəbər verir ki, paraqvaylı yarımmüdafiəçi "ağ-qaralar"a keçidindən, yeni komandasındakı məqsədlərindən danışıb:

"Kluba və komanda yoldaşlarıma təşəkkür edirəm ki, məni çox yaxşı qəbul etdilər. Böyük və tarixi klubu təmsil etmək mənim üçün əsl qürurdur.

Əlimdən gələni edəcəm ki, "Neftçi"nin uğurları kömək edim. Sağlam rəqabətin olması komanda üçün çox xeyirlidir.

Hər bir oyunçu bu təzyiqi hiss edir və özünü ən yaxşı tərəfdən göstərməyə çalışır. Bizim əlimizdən gələn məşq etməkdir, qərarı verən baş məşqçidir".

29 yaşlı futbolçu "Neftçi"də əvvəllər paraqvaylı futbolçuların oynadığından xəbərdar olduğunu da söyləyib:

"Bilirəm ki, "Neftçi"də bir neçə paraqvaylı oynayıb. Amma bura gəlməmişdən əvvəl onlarla danışmaq imkanım olmadı.

Onlar burada özlərini necə yaxşı tərəfdən göstəriblərsə, mən də onu etməyə çalışacam".

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM