O, günahkardır, cinayətkar yox! - VİDEO

1 Sentyabr 2023 16:40 Neftçi 937
O, günahkardır, cinayətkar yox! - VİDEO

“Neftçi”ylə “Sabah”ın əvəzediciləri arasında keçirilən oyunun sonlarında ara qarışıb, məzhəb itib.

Ki, “ağ-qaralar”ın futbolçusu Rüfət Abbasov ikili mübarizələrin birində rəqib həmkarı Səbuhi Qurbanovu təpiklə vurub.

Haqlı olaraq qarşısında qırmızı vərəqə alan “Neftçi”li paltardəyişmə otağının qapısını hamıdan əvvəl açıb.

Sözsüz, Rüfətin hərəkəti yolverilməzdir və klub tərəfindən mütləq cərimələnməlidir. İntizam Komitəsi oyun cəzası verəcəksə, klubdakı əsas söz sahibləri maaşına yaxşıca “əl gəzdirməlidir”.

Daxili intizama xüsusi diqqət yetirən baş məşqçi Rəşad Abdullayevin də lazımi tədbir görəcəyinə şübhə yoxdur. Necə deyərlər, heç bir günah cəzasız qalmır.

Bəli, etdiyi hərəkət peşəkarlığa sığmır. Etməməliydi. Nə yarış meydanında, nə də ondan kənarda kiminsə kimisə vurmaq haqqıı yoxdur. Uduzmusan, məğlubiyyətlə barış, başını sal aşağı, meydanı tərk et.

Ancaq yenə də bu uşaq adam öldürməyib, kimisə bilərəkdən alçaltmayıb. Belədə ortaya niyə “futboldan silinməlidir, ömürlük cəzalanmalıdır” kimi absurd iddalar atılır?

İdmandır, bəzən emosiyalara sahib çıxmaq olmur, bəzən özünü idarə edə bilmirsən. Ayılanda hansı səhvə yol verdiyini başa düşüb, iki əllə başını tutursan. Məgər indiyə qədər az səhv etmişik?

Rüfət çətin bir də bu və buna bənzər hərəkət edər. Çətin bir də kiminsə toyuğuna “kış” deyər.

Vacib odur ki, adam səhvini başa düşüb, klubun sosial media hesabları vasitəsi ilə peşmanlıq hissini bildirib, Səbuhidən üzr istəyib. Üzr istəməyin özü də böyüklükdür. Etdiyi əməlində haqlı olması ilə qəbullansaydı, üzr istəməzdi ki.

Bacarıqlı futbolçuları çıraqla axtardığımız halda Rüfəti silib-atmağa gərək yoxdur. Başa salmalı, arxasında durmalı, doğru yol göstərməliyik. O da bizim balamızdır, bizdən biridir.

HƏBİB / SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar