"Belə başlayacağımızı düşünmürdük”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Neftçi”nin qapıçısı İvan Brkiç deyib
Xorvatiyalı kiper Premyer Liqada ilk qələbəni (“Qəbələ” üzərində 2:0) 4-cü turda qazanacaqlarını düşünmədiyini səmimi etiraf edib:
“Hər məşqdə daha çox çalışmalıyıq ki, daha yaxşı olaq. Qələbələr olduqca, özgüvənimiz də artır.
Çempionatın səviyyəsi artıb. Rəqiblər çox sayda yeni transferlərlə gücləniblər.
Rəqabət artıb. Düşünürəm ki, çox gərgin mövsüm olacaq".

