"Neftçi" məşhur klubun müdafiəçisinə ELÇİ DÜŞDÜ

31 Avqust 2023 11:20 Neftçi 5 284
"Neftçi" məşhur klubun müdafiəçisinə ELÇİ DÜŞDÜ

"Neftçi" transfer çalışmalarını davam etdirir.

"Ağ qaralar"ın danışıqlar apardığı daha bir futbolçunun kimliyi bizə məlum olub.

Söhbət almaniyalı sol cinah müdafiəçisi Leon Klassendən gedir.

Hazırda "Spartak"a (Moskva) məxsus olan arxa xətt oyunçusu həm də Rusiya vətəndaşlığına sahibdir.

O, bu ölkənin gənclər millisinin şərəfin qoruyub.

23 yaşlı legionerin ilk peşəkar klubu "Koblenz" olub. Klassen Almaniyada "Köln", "1860 Munhen" klublarında da çıxış edib.

2021-22 mövsümün Avstriyada "Tirol"un şərəfin qoruyan cinah müdafiəçisi ötən ilin yayından karyerasını Rusiyada davam etdirir.

O, qonşu ölkədə 23 oyunda 1 qolla yadda qalıb.

Mutunun sərəncamında görmək istədiyi legioneri "Neftçi" heyətinə qatmaq üçün təzminat ödəmək məcburiyyətindədir.

Belə ki, onun "Spartak"la müqaviləsi 2025-ci ildə başa çatacaq.

Danışıqların uzanmasının yeganə səbəbi də budur.

XANOĞLAN / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar