"Neftçi"nin yeni baş məşqçisini Azərbaycanda ən çox təəccübləndirən hadisə!

30 Avqust 2023 22:20 Neftçi 8 869
"Neftçi"nin yeni baş məşqçisini Azərbaycanda ən çox təəccübləndirən hadisə!

«Neftçi»nin baş məşqçisi Adrian Mutunun Azərbaycanda nəyə təəccüb etdiyi bəlli olub.

İyulda «ağ-qaralar»ın sükanı arxasına keçən rumıniyalı mütəxəssisi azarkeşlərin Premyer Liqaya az maraq göstərməsi heyrətləndirib.

O, klub rəsmiləriylə fanatlar barədə söhbət edib və bildirib ki, onların ölkə çempionatına biganə münasibətinin səbəbini anlamağa çəkir.

Avrokubok matçında bütün stadionların dolu olmasına diqqət çəkən Mutu deyib ki, «Neftçi»nin təklifini qəbul eləyəndən sonra tamam başqa mənzərənin şahidi olacağını gözləyirmiş.

Şərqi avropalı çalışdırıcı tərəfdarlarla tez-tez görüşlərin keçirilməsini, klubla münasibətlərin daha da yaxınlaşdırılması üçün tədbirlərlərin keçirilməsinin zəruriliyini vurğulayıb.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM