Məşhur məşqçi "Neftçi" ilə bağlı nə yalan uydurdu? - VİDEO

30 Avqust 2023 14:00 Neftçi 3 690
Məşhur məşqçi "Neftçi" ilə bağlı nə yalan uydurdu? - VİDEO

Bugünlərdə Türkiyədə internet televiziyalarından birinə qonaq olan Sergen Yalçın bir sıra mövzulara toxunub.

Ən diqqət çəkən məsələlərdən biri də təxminən iki ay öncə xüsusi təyyarə ilə “Neftçi”yə görə Bakıya gəlib, sonra geri qayıtmasına dair səsləndirdiyi fikirlər olub.

O, bildirib ki, “Neftçi” ilə görüşüb, danışıqlar prosesi gözəl məcrada keçib: “Amma bəzi maddi problemlər oldu.

Öz müqaviləmdən bəhs etmirəm. Klubun büdcəsi istədiyimiz səviyyədə deyildi. Digər tərəfdən Azərbaycana oyunçu gətirmək asan məsələ deyil. Onlar bu layihəyə çox da hazır deyildilər”.

Sportinfo TV-nin aparıcı-eksperti Elçin Cəfərov türkiyəli çalışdırıcının maaşla bağlı səsləndirdiyi fikirin həqiqətəuyğun olmadığını bildirib.

Azərbaycanda və Türkiyəda kifayət qədər tanınan jurnalist deyib ki, Sergen Yalçın cox danışsa da, sonradan geridönüş edərək, “Neftçi” rəhbərliyinə ünvanladığı “yenidən masaya oturaq” təklifinin niyə geri çevrildiyini açıqlamayıb:

“Sergen Yalçın maaş məsələsinə görə anlaşmadığını niyə demir ? Nəyə görə Mutu ilə danışıqlar getdiyi dönəmdə təklif göndərərək, istədiyi puldan daha azına razı olduğu həqiqətini gizlədir? T

ürkiyədə ona yaxın olan bir neçə adamdan aldığım xəbəri diqqətinizə çatdırıram. Sergen Yalçın “Neftçi”dən 1 milyon dollardan çox məvacib istəyib.

Sonradan masadan qalxaraq, bir neçə gün vaxt istəyib. Sergen Yalçının Bakıdakı görüş müddətində Azərbaycan futbolu ilə bağlı söylədikləri, "Qarabağ"ın hegemonluğuna son qoyulması ilə əlaqədar iddialı fikirlər səsləndirməsi birmənalı qarşılanmayıb.

Yəni, heyətlə tanış olmadan, son durumla bağlı analizlər aparmadan bu formada çıxışı qeyri-ciddi görsənib. İki milyon dollar tələb edib, rəhbərlik son olaraq 1,1 milyon dollarda dayanıb.

Həmin vaxt “şənbə gününə kimi qayıdacam” deyib, sonra müddəti daha 2 gün uzadıb və yenə ondan xəbər çıxmayıb.

Klub rəhbərliyinin Adrian Mutu ilə danışıqlar apardığı bir vaxtda yenidən zəng edərək, “nə təklif olunursa, ona razıyam” söyləyib.

Bunları niyə demir? Çünki o, həmişəki kimi “tribunalara oynayır”.

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar