“Neftçi” – Onu nə satmaq, nə də icarəyə vermək istəyirik

29 Avqust 2023 19:00 Neftçi 2 818
“Neftçi” – Onu nə satmaq, nə də icarəyə vermək istəyirik

"Neftçi" bu ilin yanvarında sıralarına qatdığı Kilan Lebonla vidalaşmağa hazırlaşmır.

Bu haqda paytaxt təmsilçisindən redaksiyamıza məlumat verilib.

Bildirilib ki, fransalı vingerə görə kluba heç bir rəsmi təklif daxil olmayıb. Düzdür, 26 yaşlı legionerın adı Avropanın bir sıra komandaları ilə yanaşı hallanır, ancaq, bu, yalnız şifahi şəkildə gedən söz-söhbətlərdir.

Ümumiyyətlə, qeyd olunub ki, “Neftçi” 1,5+1 il müddətinə müqavilə bağladığı hücumameylli yarımmüdafiəçini nə satmaq, nə də icarəyə vermək fikrindədir.

"Ağ-qaralar"ın heyətində 22 nömrəli formanı geyinən Lebon Fransanın “Amyen-2” (2014-2016), “Paris-2” (2016-2018), “Şambli” (2017-2018), “Paris” (2018-2020), “Qazelek Ayaçço” (2019-2020), “Kretey” (2020), Niderlandın “Utrext-2” (2019), Bolqarıstanın “Beroe” (2020-2022) və Qazaxıstanın “Astana” (2022) klublarında çıxış edib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM