"Neftçi" növbəti transferini açıqladı.
"Ağ-qaralar" son olaraq Paraqvayda "Quayrane" forması geyinmiş Dieqo Valdez Samudionu transfer etdi.
29 yaşlı paraqvaylı “ağ-qaralar”la 1+1 il şərti ilə müqavilə bağlayıb. Valdes yeni komandasında 6 nömrəli formanı geyinəcək.
Dieqo Valdez Paraqvayın “San Lorenzo” (2016-2019), “Sol De Amerika” (2020-2021), “Quarani” (2022-2023), “Qvayrenya” (2023) və Meksikanın “Atletiko San Luis” (2019-2021) klublarında çıxış edib,
Paraqvay millisinin heyətində 1 oyun keçirib. Orta sahə oyunçusu 2019-cu ildə Peru ilə yoldaşlıq görüşündə debüt edib.
Sportinfo.az futbolçunun müxtəlif klublarda göstərdiyi performans videosunu təqdim edir:

