Mutunun “Neftçi”si hələ zövqümü oxşamır

28 Avqust 2023 17:00 Neftçi 1 653
Mutunun “Neftçi”si hələ zövqümü oxşamır

«Neftçi» Adrian Mutu ilə dördüncü Premyer Liqa matçına dünən çıxdı.

Və cari mövsümün ilk qələbəsini də dünən qazandılar.

Bilmirəm bu münasibətlə «Neftçi» tərəfdarlarını təbrik edim, ya yox. Bir xeyli tərəddüd içindəyəm. İkili hisslər məni lap əldən salıb.

Düzü, Mutunun «Neftçi»si hələ zövqümü oxşamır. Açığı, bu komandanı Mutununku adlandırmağa da çətinlik çəkirəm.

Rumıniyalı hələ siyahısındakı bütün transferləri etməyib və ötən mövsümdən qalmış futbolçulara üstünlük verməkdədir.

Mutunun işini dəyərləndirməyə tələsmək də istəmirəm, qoy, yeni gələnlər adaptasiya prosesini keçsin, bundan sonra gələcək əcnəbilərin də «qab»ındakılarla tanış olaq, sonra ya Allah, tərəzi-mizanı ortalığa gətirərik..

Hazırda baş məşqçinin sərəncamında olan legionerlərin heç də hamısı eyni vaxtda gəlməyib deyə, komandanın simasından və nəticələrindən qeyri-sabitlik yağır.

Mutunun hücum futbolu oynadacağını iddia edənlər, bunu gözləyənlər çox idi və açığı, mən o stilin konturlarını güclə sezirəm. Bəzən heç onu da ayırd etmək əzaba dönür.

Şər deməsən, xeyir gəlməz. İşdir-şayəd, yeni gələn/gələcək legionerlər ağı qaradan seçməsə, tükü tükdən seçən «Neftçi» fanatları Mutunu gec olmadan sorğu-suala çəkəcək.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM