"Neftçi"nin legionerindən SƏMİMİ ETİRAF: "Belə düşünmürdük"

28 Avqust 2023 23:00 Neftçi 1 234
"Neftçi"nin legionerindən SƏMİMİ ETİRAF: "Belə düşünmürdük"

"Rzanın düşdüyü vəziyyətə görə üzgünəm.

Biz ona dəstək olmalıyıq. Paltardəyişmə otağında da ona öz dəstəyimi göstərdim.

Bildirdim ki, gənc yaşlarımda mən də belə şeylərlə üzləşmişəm. Həqiqətən, Rza yaxşı qapıçıdır. Biz ona dəstək olmalıyıq ki, daha da yaxşı olsun".

Bu fikirləri Premyer Liqanın 4-cü turunda "Qəbələ" üzərində qazanılan qələbədən (2:0) sonra Sportinfo.az-a açıqlamasında "Neftçi"nin qapıçısı İvan Brkiç deyib.

matçın 70-ci dəqiqəsində gənc qolkiper qırmızı vərəqə alaraq yerini xorvatiyalı legionerə verib. 28 yaşlı əcnəbi futbolçu ehtiyatdan oyuna daxil olmasının ona problem yaratmadığını bildirib:

"Təcrübəmə görə sonradan meydana çıxmaq mənə çətin olmadı. Hamımız burada "Neftçi"nin uğuru üçün cəm olmuşuq.

Baş məşqçi sona 1-2 dəqiqə qalmış oynatsa da oynamalıyam. Mən hər məşq daha yaxşı olmalıyam, yerimdə qalmalı deyiləm".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar