Yuri Matias: "Bunu şou üçün etmirəm"

27 Avqust 2023 23:20 Neftçi 1 197
Yuri Matias: "Bunu şou üçün etmirəm"

"Neftçi"nin müdafiəçisi Yuri Matias Premyer Liqanın 4-cü turunda "Qəbələ"ni məğlub etdikləri (2:0) matçdan sonra Sportinfo.az-a açıqlama verib:

"Çətin olacağını bilirdik. Mövsümdə ilk qələbəmizi qazandıq. Komandamızı təbrik edirəm. Bu görüşə hərtərəfli hazırlaşmışdıq".

Vurduğu qoldan danışan braziliyalı legioner bunun davamlı olmasını arzuladığını dilə gətirib: "Liderlik etmək istəyirəm. Qollarımın davamını arzulayıram. Bunu şou üçün etmirəm. Məndə hər şey təbiidir. Bu hissi komanda yoldaşlarıma keçirmək istəyirəm. Düşünürəm yaxşı alınır".

28 yaşlı legioner komandasının qarşıdakı hədəflərindən də söz açıb: "Çalışacağıq qələbələrin davamı gəlsin. Birinci pillədə olmaq üçün əlimizdən gələni edəcəyik. "Neftçi"də hər şey yüksək səviyyədədir. Biz birinci pillədə olmalıyıq. Addım-addım hər şey daha yaxşı olacaq".

XANOĞLAN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar