"Neftçi"nin oyunçusuna Avropanın hansı klubu maraq göstərir?

27 Avqust 2023 21:40 Neftçi 2 161
"Neftçi"nin oyunçusuna Avropanın hansı klubu maraq göstərir?

"Ferentsvaroş" bu dəfə "Neftçi"dən futbolçu transfer etmək qərarına gəlib.

Ötən mövsüm "Qarabağ"dan Ovusu Kvabenanı komandaya cəlb edən Macarıstan çempionunun transfer siyahısında yer alan futbolçu Kilan Lebondur.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, Budapeşt təmsilçisi "Neftçi"nin legionerini mövsümün əvvəlindən bu yana izləyir.

"Ferentsvaroş" 26 yaşlı futbolçu üçün qışda "Neftçi"yə rəsmi təklif göndərməyi hazırlaşır.

Sent Martin milli komandasının üzvü 2023-cü ilin yanvarında "Astana"dan “Neftçi”yə keçmişdi.

Onun müqaviləsi 2024-cü il iyunun 30-da başa çatır. Amma klub onunla müqavilə müddətini bir illik artıra bilər.

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM