Gənclər Liqasında 2-ci tur çərçivəsində maraqlı qarşılaşmalardan biri də "Neftçi" və "Qarabağ" arasında keçirilib.
Görüş ev sahiblərinin 4:1 hesablı qələbəsiylə başa çatıb.
"Ağ-qaralar"ın qələbəsində böyük pay sahibi olanlardan biri də Aslan Şirinov olub.
Bir qol və mükəmməl oyunla yadda qalan 18 yaşlı sağ cinah müfafiəçisi, eyni zamanda, U-19 millimizin aparıcı üzvlərindən biridir.
Belə məqamda bir təkliflə çıxış etmək istərdik. "Neftçi"nin akademiyasında kifayət qədər perspektiv vəd edən gənclər var.
"Ağ-qaralar"ın rumıniyalı çalışdırıcısı Adrian Mutu bəlkə də komandasının 19 yaşlılarında forma geyinən və gələcək hesab edilən futbolçulardan xəbərsizdir.
Hər halda məşqçilər korpusunda yer alanlar Gənclər Liqasında U-19-un 1-2 matçını izləsələr, diqqət cəlb edəcək oyunçularla tanış olacaqlar.
Onlardan elə biri də Aslan Şirinovdur. Belə prespektivli cavanları əsas komandanın məşqlərinə dəvət etməklə, daha da inkişaf etmələrinə töhvə verilmiş olar.
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

