Mutunun "Neftçi"də görmək istədiyi 3 yeni legioner – İkisi tanınmış, biri də…

27 Avqust 2023 14:00 Neftçi 6 829
Mutunun "Neftçi"də görmək istədiyi 3 yeni legioner – İkisi tanınmış, biri də…

«Neftçi» qarşıdakı bir həftədə 3 yeni legioner transfer etməyi planlaşdırır.

Bu haqda klubdan redaksiyamıza məlumat verilib.

Bildirilib ki, rəhbərlik baş məşqçi Adrian Mutunun istəyi əsasında iki mövqeni gücləndirməyə çalışır.

Rumıniyalı mütəxəssis 2 hücumçu və 1 vinger alınmasını tələb edib.

Orta sahədə və irəli xətdə ciddi problemlərin olduğunu söyləyən Mutu komandanın güclənməyəcəyi təqdirdə, Premyer Liqada çempionluq uğrunda mübarizə apara bilməyəcəyini etiraf edib.

«Neftçi»də ikinci ayını keçirən şərqi avropalı sükançı transferini istədiyi legionerlərin adlarını rəsmilərin masasının üzərinə qoyub.

Onun xidmətinə gərək duyduğu hər iki hücumçu Avropada kifayət qədər tanınır və zəngin karyeraya sahibdir. Qiymətləri də kifayət qədər yüksəkdir. Amma bu, «ağ-qaralar»ı qorxutmur.

Çünki Mutu yeni simaların gəlişindən sonra komandanın tezliklə üst səviyyədə çıxış edəcəyinə əmindir. Yəni, onlara böyük pul xərcləməyə dəyər.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar