“Neftçi” üçün yeni mövsüm heç də ürəkaçan keçmir.
Yenilənən komanda avrokuboklarla erkən vidalaşdı.
Premyer Liqada isə arxada qalan 3 turda cəmi 2 xal toplamaq mümkün olub.
Adrian Mutunun yetirmələri “Kəpəz”ə uduzubsa, “Səbail” və “Sabah”la qarşılaşmalarda bərabərliyə sevinməli olub.
Amma azarkeşlər hələ də rumıniyalıya ümidini itirmirlər.
Belə ki, “Ağ qaralar”ın ən böyük azarkeş qrupu olan “Forza Neftçi” dünən komandanın məşqinə baş çəkiblər.
Tərəfdarlar “Qəbələ” ilə oyun öncəsi kollektivə dəstək nümayiş etdiriblər.
Mutu və tələbələri ilə müzakirələr aparılıb.
Səmimi ortamda keçən görüşdə fanatlar komandaya inandıqlarını bildiriblər.
XANOĞLAN / SPORTİNFO.AZ
Həmin anın görüntürlərinə aşağıdakı linkdə baxa bilərsiz:

