Tanınmış şəxsin "Neftçi"yə təyinatı niyə hələ də rəsmiləşməyib?

26 Avqust 2023 21:20 Neftçi 4 192
Tanınmış şəxsin "Neftçi"yə təyinatı niyə hələ də rəsmiləşməyib?

Tanınmış menecer Kamil Məmmədov 2 aya yaxındır «Neftçi»də fəaliyyətə başlayıb.

O, həm əsas komandanın rəisi, həm də baş menecer olaraq burada çalışır.

Klubun idman məsələləri artıq onun birbaşa iştirakıyla həll olunur.

Adrian Mutunun «sağ əli» kimi gündəlik hazırlıq prosesində iştirak edən, yeni futbolçuların seçilməsində söz sahibi olan agent, belə deyə bilərik ki, SOCAR-la baş məşqçi arasında da «körpü» funksiyasını yerinə yetirir.

Onu demək olar hər yerdə görürük - komandanın məşqində, transfer bazarlığında, rəhbərliyin qapalı toplantısında və başqa yerlərdə.

Fəqət, K.Məmmədovun təyinatı rəsmi surətdə açıqlanmır.

Nə üçün? Araşdırdıq və bildik ki, bu, birbaşa Kamil bəyin özündən qaynaqlanır.

Belə ki, o, menecer olaraq əvvəlkitək sərbəst çalışmaq istəyir və klubdan alacağı maaşın kifayət etməyəcəyini düşünür.

Gərək yetərincə yüksək məbləğdə əməkhaqqı verilsin ki, digər klublarla əməkdaşlığı dayandırsın. Bu da zəif ehtimaldır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
26 Sentyabr 18:10 Çək və bizə göndər!
26 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM