“Neftçi”ni tərk edəcək hücumçu barədə yeni məlumat yayıldı

20 Aprel 2021 21:00 Neftçi 2 639
“Neftçi”ni tərk edəcək hücumçu barədə yeni məlumat yayıldı

İcarə əsasında “Neftçi”də çıxış edən Ahmed Ahmedovun gələn mövsüm karyerasını harada davam etdirəcəyi sual altına düşüb.

Sportinfo.az-ın Bolqarıstan mətbuatına istinadən məlumatına görə, yayda “Neftçi”ni tərk edəcək hücumçu müqavilə ilə məxsus olduğu Sofiya MOİK-inə də qayıtmayacaq.

Bolqarıstan klubunun baş məşqçisi Lyuboslav Penev 26 yaşlı forvardın xidmətində maraqlı deyil.

O, rəhbərlikdən daha təcrübəli və səviyyəli hücumçular alınmasını tələb edib. Çalışdırıcı Jordi Kaysedo və Bismark Çarlesin saxlanılması, ancaq əsas heyətdə oynayacaq bir qolçu alınmasını istəyib.

"Neftçi”nin qış fasiləsində icarəyə götürdüyü Ahmed Ahmedov hələ də qol hesabını açmayıb və əsas heyətə düşə bilmir. Əgər o, Bakı klubunda qalsa, qarşı tərəfə 150 min avro ödənməlidir.

Digər Xəbərlər
Xəbər Lenti