“Neftçi”nin baş məşqçisi: “İstədiyimi ala bildim"

10 Sentyabr 2023 00:50 Neftçi 2 056
“Neftçi”nin baş məşqçisi: “İstədiyimi ala bildim"

"Neftçi" milli komandaların oyunları ilə bağlı çempionatda yaranan fasilədən yararlanaraq Qəbələdə təlim-məşq toplanışı keçib.

Sportinfo.az xəbər verir ki, paytaxt təmsilçisinin baş məşqçisi Adrian Mutu klub televiziyasına beş günlük toplanışı dəyərləndirib.

Rumıniyalı mütəxəssis toplanışın yaxşı keçdiyini bildirib:

"Buradakı yaxşı şəraitə, yaxşı meydançalara görə toplanış üçün Qəbələni seçdik. Qarşımızda iki məqsəd var idi.

Həm fiziki, həm də taktiki cəhətdən çalışmalar etməli idik. Düşünürəm ki, futbolçular bu beş gün ərzində verdiyim tapşırıqları yaxşı yerinə yetirdilər.

Onlardan istədiyimi ala bildim. İntensiv məşqlər olu, gündə iki dəfə məşq edirdik.

Komanda özünü yaxşı tərəfdən göstərdi. Bura gəlməyimizin məqsədi də yaxşı hazırlaşmaq idi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
13 İyun 18:10 Çək və bizə göndər!
13 İyun 03:10 Avropa çempionu oldu
13 İyun 02:20 Yeni qapıçı tapdılar