"Mənə daha yaxşı təkliflər də var idi, amma…"

22 İyun 2024 08:30 Milli komanda 1 307
"Mənə daha yaxşı təkliflər də var idi, amma…"

“AFFA rəhbərliyinin fikirləri, düşüncələri mənə maraqlı oldu.

Bu, qərar verməyimdə rol oynadı”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş deyib.

“Bizim proses barədə danışmaq üçün kifayət qədər vaxtımız olacaq. Təbii ki, qarşılıqlı anlaşma, bir-birini başa düşmək çox önəmlidir.

Bu gün burada otururamsa, deməli AFFA rəhbərliyi layihələrin həyata keçirilməsində doğru adam kimi məni görür.

Bu layihə uzunmüddətli layihədir. Mənə elə gəlir ki, bir yerdə biz böyük uğura nail olub tarix yazacağıq.

Ələ-ələ verib işləmək lazımdır. Ümid edirəm ki, Azərbaycan yığması mənim rəhbərliyim altında hansısa böyük yarışın final mərhələsində iştirak edəcək.

Mənə daha yaxşı təkliflər də var idi, amma AFFA-nın təklifi diqqətimi cəlb etdi” – o, vurğulayıb.

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır