"Azərbaycanla matçda az oynayan futbolçulara şans vermək vacibdir"

7 İyun 2024 02:10 Milli komanda 1 396
"Azərbaycanla matçda az oynayan futbolçulara şans vermək vacibdir"

Albaniya komandası bu gün Azərbaycan ilə yoldaşlıq görüşü keçirəcək.

Sportinfo.az xəbər verir ki, Avro-2024-ün iştirakçısının baş məşqçisi Silvinyo oyundan öncə keçirilən mətbuat konfransında iştirak edib.

Braziliyalı mütəxəssis deyib:

"Biz Avropa çempionatına hazırlaşırıq və cədvəl üzrə iki yoldaşlıq oyunu keçirəcəyik. Bu, bizim üçün, texniki heyət, oyunçular üçün çox sürətli iş prosesidir.

Avropa çempionatına hazırlaşmaq üçün 3-4 həftə bir yerdə olmuruq. Yoldaşlıq oyunları da daxil olmaqla 7 gündür məşq edirik.

İtaliya ilə oyuna hələ bir neçə günümüz var. Azərbaycanla matçda az oynayan futbolçulara şans vermək vacibdir

. Müdafiədəki problemlər üzərində işləməliyik. Avropa çempionatına az vaxt qalmasına baxmayaraq, biz yalnız Azərbaycanla matçı düşünürük.

Azərbacaycan millisi bizi çətin vəziyyətə sala bilər".

Albaniya - Azərbaycan qarşılaşması sabah Bakı vaxtilə 21:00-da Macarıstanda baş tutacaq.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO