Gənclər millimiz “Dinamo”da Qazaxıstana qalib gəldi

5 İyun 2024 02:40 Milli komanda 1 133
Gənclər millimiz “Dinamo”da Qazaxıstana qalib gəldi

19 yaşadək futbolçulardan ibarət Azərbaycan komandası Moldovada təşkil edilən yoldaşlıq turnirində ilk oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, U-19 Qazaxıstanın müvafiq yaş qrupu üzrə komandası ilə qarşılaşıb.

Bender şəhərinin “Dinamo” stadionunda baş tutan görüş millimizin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Qolları 27-ci dəqiqədə Nihad Əhmədzadə, 87-ci dəqiqədə isə Şahin İbrahimov vurublar.

Azərbaycan komandası turnir çərçivəsində iyunun 7-də, Bakı vaxtı ilə saat 18:00-da Türkiyənin U-20, ayın 10-da isə saat 20:30-da Moldovanın U-19 kollektivi ilə qarşılaşacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti