COP29

“Müqavilə 3+1 illikdir, təzminat və maddi məsələləri açıqlaya bilmərik”

13 İyun 13:30 Milli komanda 1 752
“Müqavilə 3+1 illikdir, təzminat və maddi məsələləri açıqlaya bilmərik”

AFFA rəhbərliyi millinin yeni baş məşqçisi Fernandu Santuşla "3+1" illik müqavilə bağlayıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev millinin yeni baş məşqçisi Fernandu Santuşun təyinatı ilə bağlı danışarkən deyib.

Hacıyev 69 yaşlı portuqaliyalı mütəxəssisin Polşa millisindən və "Beşiktaş"dan təzminat alaraq ayrılmasına münasibət bildirib:

"Bilmədiyimiz səbəblərə görə qərar vermək düzgün deyil. Məşqçinin ayrılması normaldır.

Bizimlə müqaviləsi 3+1 illikdir. Təzminat və maddi məsələləri açıqlaya bilmərik. Bu normaldır".

Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?