COP29

"Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır"

13 İyun 12:50 Milli komanda 923
"Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır"

"Gürcüstan kimi komandaların belə turnirlərdə iştirakı bizə motivasiya olacaq.

Hədəf 2028-ci ildəki Avropa çempionatına vəsiqə qazanmaqdır".

Sporti0nfo.az xəbər verir ki, bunu futbol üzrə Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş mətbuat konfransında deyib.

69 yaşlı mütəxəssis bunun üçün şəraitin olduğunu bildirib:

"Uğur ani olaraq göydən düşmür. Xalqın inamı da önəmlidir.

Ümid edirəm ki, bizdə alınacaq. Bu layihəni həyata keçirmək üçün Azərbaycanda yaşayacağıq.

Oyunları yola verib öz ölkəmizə qayıtmayacağıq. Ailəmizlə birlikdə ölkənizdə olacağıq".

O, enerjili və kifayət qədər motivasiyalı olduğunu söyləyib:

"Oyunlarda əsas məqsəd qələbə qazanmaq olacaq. Bunun üçün yaxşı oynamaq lazımdır.

Yığmanın son iki matçına da baxmışam. Daha əvvəl də Bakıya gəlmişəm.

Mən statistikaya çox diqqət yetirmirəm. Qol vurmalı və qapımızı toxunulmaz saxlamalıyıq.

Azarkeşlərin dəstəyinə ehtiyacımız olacaq. Fanatların stadiona gəlməsi üçün cəlbedici futbol oynamağa çalışacağıq".

Fernandu Santuşun qarşısına AVRO-2028-in seçmə mərhələsində uğurlu çıxış etmək məqsədi qoyulub.

Digər Xəbərlər
Xəbər Lenti
22 İyul 18:10 Çək və bizə göndər!
22 İyul 11:00 Dama-dama göl olar…