COP29

”Bizdə yerli məşqçilərə sanki it dəyib - Xaricdən gəlib bir-iki il veyillənirlər”

17 İyun 09:25 Milli komanda 1 891
”Bizdə yerli məşqçilərə sanki it dəyib - Xaricdən gəlib bir-iki il veyillənirlər”

"Azərbaycan milli komandasının baş məşqçisi postuna Fernandu Santuş gətirilib.

Təbii ki, onunla bağlı müxtəlif fikirlər, iddialar səslənir. Amma ondan heç nə gözləmirəm. O, gəlib bizim futbol üçün heç nə etməyəcək".

Sportinfo.az xəbər verir ki, bu sözləri teleqraf.com-a Milli Məclisin deputatı Aqil Abbas deyib.

O qeyd edib ki, xarici məşqçilərdən heç nə gözləmək olmaz:

“Santuşa da ümid etməyə dəyməz. Deyirlər ki, Ronaldonu yetişdirib. Görək indi kimi yetişdirəcək?

Ronaldo özü yetişib, o, qızıl külçədir. Onun yetişdirmək üçün Santuşa ehtiyac yox idi”.

Deputat bildirib ki, Azərbaycanda da istedadlı futbolçu olsa, özü yetişəcək:

“İstedad olmasa Santuş olmasın, Mourinyo (Joze Mourinyo) olsun, heç bir xeyri yoxdur. Fakt odur ki, Arif Əsədovun məşqçiliyi ilə yığmamız yaxşı çıxış etdi.

Qazaxıstanla çox yaxşı oyun göstərdilər. Amma sözsüz ki, Arif Əsədovun baş məşqçi gətiriləcəyini düşünmürdüm.

Onun xətrini də istəyirəm, yaxşı məşqçidir. Oyununu da hamımız gördük. Amma onu təyin etməyəcəkdilər.

Çünki bizdə yerli məşqçilərə sanki it dəyib. Onları qoymurlar. Xaricdən gətirirlər, onlar da gəlib bir-iki il veyillənir, heç bir şərti də yerinə yetirmirlər”.

Aqil Abbas AFFA-ın Santuşa şərtinin əhəmiyyətsiz olduğunu deyib:

“Deyilənə görə, ona yığmanı 2008-ci ildəki vəziyyətə gətirmək şərti irəli sürülüb. 2008-ci ildə yığma nə etmişdi?

Başa düşmürəm, 2008-ci ildə Azərbaycan yığması dünya çempionu olmuşdu? Ona görə də, Santuş da digərləri kimi Azərbaycan futboluna heç nə verməyəcək”.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 22:41 "Qarabağ" "Ayaks"a uduzdu
24 Oktyabr 16:50 Çək və bizə göndər!
24 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
24 Oktyabr 14:20 Mahirə arxalanmaq olarmı?