Azərbaycanda işləyən italyanın arzusu gözündə qaldı, onu istəmədilər

17 Sentyabr 08:50 Milli komanda 1 510
Azərbaycanda işləyən italyanın arzusu gözündə qaldı, onu istəmədilər

Azərbaycan milli komandasının baş məşqçisi Canni De Byazi Polşa millisinə rəhbərlik etməkdə maraqlıdır.

Sportinfo.az xəbər verir ki, bu barədə “SportoweFakty” portalı məlumat yayıb.

İtaliyalı mütəxəssis Fernando Santuşun postundan qovulmasından sonra özünü Polşa Futbol İttifaqına təklif edib. Lakin PFİ-nin prezidenti Sezari Kuleşinin sözlərinə görə, yeni məşqçi böyük ehtimalla yerli mütəxəssis olacaq.

Qeyd olunur ki, sentyabrın 20-dək komandanın yeni çalışdırıcısının adına aydınlıq gələcək.

Digər Xəbərlər
Xəbər Lenti