
Belçika millisini ulduzu Yannik Karrasko Avro-2024-ün seçmə mərhələsində Azərbayana qarşı keçirdikləri matç (1:0) haqqında fikirlərini bölüşüb.
Sportinfo.az xəbər verir ki, komandasının qələbə qolunun müəllifi olan 30 yaşlı yarımmüdafiəçi bu qolu İtaliya millisinin sabiq hücumçusu Filippo İnzaqinin vurduğu qollara bənzədib:
“Filippo İnzaqi bu cür bir neçə qol vurub. Yan Vertongen, Romelu Lukaku və mən şanslıyıq.
Çünki gənclər bizi özlərinə nümunə görürlər. Danışmaqla, məşq etməklə və xətləri bağlamaqla komandaya kömək etməyə çalışıram. İstəyirik ki, gənclər bizi nümunə kimi izləsinlər”.