“O cür oynayıb uduzmaq adama pis təsir edir”

11 Oktyabr 2023 14:40 Milli komanda 1 053
“O cür oynayıb uduzmaq adama pis təsir edir”

“O cür oynayıb uduzmaq adama pis təsir edir”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “İrəvan”ın qapıçılar üzrə məşqçisi Aleksandr Jidkov deyib.

1994-1998-ci illər aralığında Azərbaycan millisinin qapısını qorumuş keçmiş “1 nömrə” Belçika ilə son qarşılaşmadan danışıb.

O, AVRO-2024-üy seçmə mərhələsi çərçivəsində Bakıda təşkil olunan və qonaqların 1:0 hesablı qələbəsi ilə başa çatan matçı izlədiyini söyləyib:

“Stadiona gedə bilməsəm də, oyunu izlədim. Prinsipcə bizimkilər yaxşı oynadı.

Sadəcə, bu cür matçlarda qol imkanlarını boşa vermək olmaz. Belçikaya 1 qol vusaydıq, əla olardı.

Rəqib istər-istəməz təzyiqi artıracaq, müdafiədə boşluqlara yol verəcəkdi. Buraxdığımız qol da yerinə düşmədi.

Uşaqlar xal ala bilərdilər. Belçikada yaşanan nəsildəyişmə prosesindən istifadə edib, xal qoparmaq olardı”.

Digər Xəbərlər
Xəbər Lenti
5 May 01:50 "Turan" YOXSULLAŞDI