“Qeyri-adi hadisə baş vermədi. Azərbaycan millisi yenə uduzdu.
AFFA rəhbərliyi baş məşqçi seçimini elə uzadır ki, sanki Mourinyo və yaxud Aleks Ferqusonu razı salmağa çalışırlar”.
Bu açıqlama “Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərova məxsusdur.
Tanınmış jurnalist yoldaşlıq görüşü çərçivəsində keçirilən Albaniya - Azərbaycan qarşılaşması barədə danışıb.
Millimizin 1:3 hesablı uduzması fonunda, federasiya rəhbərliyinə irad bildirən E.Cəfərov komanda ətrafında cərəyan hadisələrə münasibət bildirib, baş məşqçi təyinatının gecikməsi və qəbul edilən qərarlar barədə şərh verib.
Elçin Cəfərov eyni zamanda ona mütəmadi ünvanlanan "niyə “Qarabağ”da yerli futbolçular normal təsir bağışlayır, amma millidə sıradan bir profilə çevrilirlər" sualına da cavab verib:
“Ağdam klubunda baş məşqçi, oyun planına sadiqlik öz sözünü deyir. Amma etiraf edək ki, “Qarabağ”dakı legionerləri çıxarsaq, yerlilər də sıradan biri kimi görünəcək”.
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

