Azərbaycan millisi yoxlama görüşündə Albaniya ilə üz-üzə gəlib (1:3).
Sportinfo.az xəbər verir ki, matçı izləyənlər arasında hər iki milli üçün tanış sima - Canni De Byazi də olub.
İtaliyalı mütəxəssis qarşılaşmanı izləmək üçün "Haladaş Arena"ya gəlib.
Canni De Byazi 2020-2023-cü illərdə Azərbaycan millisinə baş məşqçilik edib.
2011-2017-ci illərdə də Albaniya yığmasına çalışdırıb və yığmanı tarixində ilk dəfə Avro-2016-nın final mərhələsinə çıxarıb.

