21 yaşadək futbolçulardan ibarət Azərbaycan millsi oxlama oyunu keçirib.
Sportinfo.az xəbər verir ki, U-21 Senec Məşq Mərkəzində Slovakiya yığması ilə qarşılaşıb.
Görüş rəqib komandanın 3:2 hesablı qələbəsi ilə başa çatıb.
Millimizin heyətində qolları 70-ci dəqiqədə Samir Abdullayev və 89-cu dəqiqədə Ağadadaş Salyanski vurublar.
Azərbaycan komandası iyunun 11-də, saat 20:00-da, “Liv Bona Dea Arena”da Bolqarıstan yığması ilə yoldaşlıq görüşü keçirəcək.
Slovakiya U-21 - Azərbaycan U-21 3:2
Qollar: Nino Marçelli, 20 (1:0), 27 (2:0), Mario Sauer, 72 (3:0), Samir Abdullayev, 70 (3:1), Ağadadaş Salyanski, 89 (3:2)

