Azərbaycanla oyunu buraxacaq - Daha bir ulduz

12 Avqust 2023 11:00 Milli komanda 1 021
Azərbaycanla oyunu buraxacaq - Daha bir ulduz

Belçika yığmasının daha bir ulduzu sentyabrda Azərbaycan millisinə qarşı keçiriləcək AVRO-2024-ün seçmə mərhələ oyununu buraxacaq.

Sportinfo.az xəbər verir ki, "Mançester Siti"də çıxış edən Kevin De Bröyne zədə səbəbindən Bakıdakı matçda oynamayacaq.

32 yaşlı pleymeyker səfərdə "Bernli"ni 3:0 hesabı ilə darmadağın etdikləri Premyer Liqanın yeni mövsümünün açılış qarşılaşmasında dizindən zədə alıb.

Təcrübəli oyunçu 23-cü dəqiqədə Mateo Kovaçiçlə əvəzlənib.

Daha əvvəl Belçika yığmasının əsas qapıçısı Tibo Kurtua "Real"ın məşqi zamanı sıradan çıxıb. Qolkiperin əməliyyat olunacağı və ən azı 6 ay yaşıl meydanlardan kənarda qalacağı gözlənilir.

Sentyabrın 9-da keçiriləcək Azərbaycan - Belçika oyunu saat 17:00-da başlayacaq.

Digər Xəbərlər
Xəbər Lenti