"Qol buraxmamaq ümidi ilə vəzifəmizi yerinə yetirməyə çalışacağıq"

28 Sentyabr 08:50 Milli komanda 517
"Qol buraxmamaq ümidi ilə vəzifəmizi yerinə yetirməyə çalışacağıq"

Azərbaycanın baş məşqçisi Canni De Byazi İtaliya mətbuatına danışıb.

Sportinfo.az xəbər verir ki, “Napoli Magazine”yə açıqlama verən təcrübəli mütəxəssis millimizin AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Bakıda Belçika yığmasına qarşı keçirdiyi görüşdən və yığmamızın Estoniya (13 oktyabr), həmçinin Avstriya (16 oktyabr) ilə oynayacağı matçlardan gözləntisini söyləyib:

"Belçika ilə matçda uğursuz qol buraxdıq. Halbuki çox yaxşı oynamışdıq.

Rəqibimiz olduqca səviyyəli komandadır. Bu cür səviyyəli komandalara qarşı kiçik boşluqlar vermək olmaz.

İndi bizi dişimizə uyğun olan Estoniyaya qarşı oyun gözləyir.

Ardınca isə Avstriya ilə qarşılaşacağıq. Qol buraxmamaq ümidi ilə vəzifəmizi yerinə yetirməyə çalışacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
29 Noyabr 21:40 Baş məşqçi ayrılığı
29 Noyabr 16:50 Çək və bizə göndər!
29 Noyabr 02:40 AFFA rəsmisi İsveçrədə
29 Noyabr 01:00 Millimiz Mərakeşə uduzdu