COP29

"Xeyli məşqçi var ki, gözü bu postdadır" - MİLLİNİN GÜNDƏLİYİ

20 May 11:20 Milli komanda 2 086
"Xeyli məşqçi var ki, gözü bu postdadır" - MİLLİNİN GÜNDƏLİYİ

Stefan Kunz Azərbaycan millisinin baş məşqçi postuna namizəddir.

Bugünlərdə Almaniya mediasında yer alan xəbərlərdə bildirilir ki, AFFA tərəfindən mütəxəssisə təklif göndərilib.

“Sportinfo TV”nin aparıcı eksperti Elçin Cəfərov bununla bağlı tanınmış türkiyəli mütəxəssis Kenan Koçakla danışıb.

Türkiyə millisində Stefan Kuntzun da əsas köməkçisi olmuş K.Koçak Elçin Cəfərova bunları söyləyib: “Bəli, xəbərlər doğrudur. Stefan Kuntz belə bir təklif olduğunu mənə təsdiqlədi“.

Bəs bu postu kim tutacaq? Müzakirələr niyə bu qədər uzanır? Son müddət nə vaxtdır?

AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli danışıqların aparıldığını təsdiqləyib (musavat.com):

“Bu istiqamətdə danışıqlar gedir. Sadəcə, ad açıqlanmır.

Bu konfidensial olduğu üçün belədir. AFFA İcraiyyə Komitəsinin növbəti iclaslarında bu məsələ müzakirə olunacaq”.

Tanınmış idman yazarı, ”Sportinfo” oxucularına da çox yaxşı tanış olan Natiq Muxtarlı baş məşqçi postuna çoxlarının maraq göstərdiyini qeyd edib:

“Söz-söhbət anlaşılandır. Xeyli məşqçi var ki, stressi olmayan gəlirli iş axtarır.

Azərbaycan yığmasının heç bir hədəfi yoxdur. Amma baş məşqçiyə az qala nəhəng yığmaların çalışdırıcılarının aldığı qədər məvacib verilir.

Belə işdən kim imtina edər? Ona görə də xeyli məşqçi var ki, gözü bu postdadır.

Yığmanın baş məşqçisinin təyinatı ilə bağlı məsələnin acı bağırsaq kimi uzanmasının başqa bir səbəbi odur ki, yeni rəhbərliyin heç bir strategiyası yoxdur.

Bu adamların strategiyası olsaydı, yığmanın baş məşqçisi məsələsi bu qədər uzanmazdı. O postu çoxdan yerli məşqçiyə tapşırardılar.

Təbii ki, onun qarşısına da heç bir tələb qoyulmamalıdır. Çünki futbolu bəsit səviyyədə bilən şəxs də bilir ki, Azərbaycan yığmasının indiki futbolçularla heç bir perspektivi yoxdur.

Yəni bu yığma böyük turnirlərə vəsiqə qazana bilməz. Ona görə də heç bir perspektivi olmayan yığmaya ildə 10 milyon manat xərcləmək də qeyri-peşəkarlıqıdr.

AFFA bu məsələni çoxdan bağlamalı, dərhal ölkədə infrastrukturun qurulması, xüsusən də bölgələrdə və uşaq futbolunun inkişafı ilə bağlı nəhəng layihəyə başlamalı idi.

Bilirsiz, futbol ildə bir dəfə AFFA-nın binasına yığışıb mənasız qərarlara səs verməklə inkişaf etmir. Bunun üçün çalışmaq, özü də gecə-gündüz çalışmaq lazımdır.

Gəlin özümüzü aldatmayaq, aydındır ki, bu nağılın sonunda göydən üç alma düşməyəcək".

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"