Direktor millinin baş məşqçilərini AFFA-ya yığdı, onlara dedi ki…

30 Dekabr 2023 15:00 Milli komanda 1 726
Direktor millinin baş məşqçilərini AFFA-ya yığdı, onlara dedi ki…

AFFA rəhbərliyi aşağı yaş qrupları üzrə yığmaların baş məşqçiləri ilə görüş keçirib.

Federasiyanın texniki direktoru Cahangir Həsənzadənin başçılığı ilə təşkil olunan toplantıda İlham Yadullayev (U-15, U-16), Füzuli Məmmədov (U-17), Elxan Abdullayev (U-18) və Aqil Nəbiyev (U-19) iştirak edib.

C.Həsənzadə bildirib ki, AFFA kimlərlə yola davam eləyəcəyini hələ müəyyənləşdirməyib.

O, müqavilə müddəti bitən məşqçilərin məsələsinə qarşıdakı 1-2 ay ərzində aydınlıq gələcəyini söyləyib.

Texniki direktor prosesin yubanma səbəbini açıqlamasa da, qeyd edib ki, hansısa mütəxəssisə istənilən bir klubdan təklif gələrsə, onu dəyərndirməsi öz haqqıdır.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti
8 Noyabr 17:50 Çək və bizə göndər!