COP29

Macarlar Azərbaycanın Albaniya və Qazaxıstan ilə oyunlarında

21 May 13:20 Milli komanda 809
Macarlar Azərbaycanın Albaniya və Qazaxıstan ilə oyunlarında

Azərbaycan millisinin Albaniya və Qazaxıstan ilə keçirəcəyi beynəlxalq yoldaşlıq görüşlərinin hakim təyinatları açıqlanıb.

Sportinfo.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Macarıstanın Sombatxey şəhərinin “Haladas SportKomplexum” stadionunda keçiriləcək hər iki qarşılaşmanı yerli hakimlər briqadası idarə edəcək.

Albaniya ilə matçda Mihali Kaprali, Qazaxıstan ilə dueldə Bence Csonka baş hakim olacaq.

7 iyun

21:00. Albaniya - Azərbaycan
Baş hakim: Mihali Kaprali.
Baş hakimin köməkçiləri: İştvan Albert, Gerqo Vih-Tarsoni.
Dördüncü hakim: İştvan Vad.

11 iyun

18:00. Azərbaycan – Qazaxıstan
Baş hakim: Bence Csonka.
Baş hakimin köməkçiləri: Teodoros Georgiu, Balaş Salai.
Dördüncü hakim: Reka Molnar.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"