“Baş məşqçinin əlində 34 nəfərlik siyah var, onları yığmaya cəlb edəcək”

20 Dekabr 2024 03:40 Milli komanda 1 513
“Baş məşqçinin əlində 34 nəfərlik siyah var, onları yığmaya cəlb edəcək”

"Fernandu Santuş Azərbaycanda postensiallı futbolçuların olduğunu söylədi".

Sportinfo.az xəbər verir ki, bunu "report"a açıqlamasında AFFA İcraiyyə Komitəsinin üzvü Səməd Qurbanov deyib.

O, İcraiyyə Komitəsinin dünən gerçəkləşən iclasında millinin baş məşqçisi Fernandu Santuşun hesabatına toxunub:

"İlk olaraq hesabatı dinlənildi, gördüyü işlər haqqında məlumat verdi. Baş məşqçi əlində 34 nəfərlik siyahının olduğunu və buna əsasən oyunçuları yığmaya cəlb edəcəyini bildirdi.

Yaxşıları və güclüləri seçəcəyini söylədi. O da yaxşı komanda yaratmaq istəyir.

Santuş dedi ki, potensiallı oyunçular var və onları tapıb üzə çıxartmaq lazımdır.

Azərbaycanı tanıdığını və daha əvvəl Portuqaliya yığmasında işlədiyi dönəmdə komandamıza qarşı mübarizə apardıqlarını xatırlatdı. Qarşıdakı vaxtlarda nəticələrin yaxşı olacağını sözlərinə əlavə etdi".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!