COP29

Getdi və iddia etdi: "Mən bu il 3 ildə Azərbaycanda futbolun inkişafına çox şey verdim"

29 Noyabr 2023 09:20 Milli komanda 804
Getdi və iddia etdi: "Mən bu il 3 ildə Azərbaycanda futbolun inkişafına çox şey verdim"

“Mən Azərbaycanda fəaliyyətimi başa vurmuşam.

Amma dərhal da hər şeyi təzədən başlayıb yeni bir proyekt üzərində işləmək istərdim”.

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin sabiq baş məşqçisi Canni de Byazi İtaliyanın “Tutto Udinese” nəşrinə verdiyi müsahibədə bildirib.

67 yaşlı mütəxəssis Azərbaycan millisindəki 3 illik fəaliyyəti barədə danışarkən deyib:

“Düşünürəm ki, bu il 3 ildə Azərbaycanda futbolun inkişafına çox şey verdim. Mən yaranan əlaqəyə görə təəssüflənirəm.

Amma hər şey sona çatıb. Fəxr edirəm ki, komanda inanılmaz inkişafa nail oldu və Azərbaycan futbolu üçün tarixi nəticələr qazandı.

Bizim 5 ardıcıl qələbəmiz oldu ki, əvvəl belə şey baş verməmişdi. Biz Avropa təsnifat mərhələsində 5 komandalı qrupda 7 xal topladıq.

Böyük komandalarla bərabər səviyyədə oynadıq. Belçika ilə ilk görüşdə yalnız epizodlara görə uduzduq.

Avstriya ilə matçda isə hətta heç-heçəyə layiq idik. İsveç üzərindəki qələbə isə tarixə düşəcək.

Heç vaxt həmin komandaya 3:0 hesabı ilə qalib gələcəyimizi düşünməzdim. Maraqlı futbolçular toplamışdıq.

Yolun təməli qoyulub və mən ümid edirəm ki, inkişaf gələcək illərdə daha da böyüməyə başlayacaq”.

Digər Xəbərlər
Xəbər Lenti
26 İyul 18:10 Çək və bizə göndər!
26 İyul 00:10 "Nə olacaqsa, olacaq"