Azərbaycan millisinin yeri

16 İyul 2024 09:20 Milli komanda 2 683
Azərbaycan millisinin yeri

Bu həftə milli komandaların FİFA reytinqi açıqlanacaq.

Sportinfo.az xəbər verir ki, yığmaların iyulun 18-dəki cədvəldə yer alacağı mövqeləri bəlli olub.

Azərbaycan millisinin yeri dəyişməz qalacaq. Fernandu Santuşun komandası 1179,88 xalla 111-ci pillədəki mövqeyini qoruyacaq.

Amerika kubokunun qalibi Argentina 1891,49 xalla 1-ci pillədə qalacaq. Fransa isə 1854,91 xalla ikinciliyini qoruya biləcək.

Avropa çempionu İspaniya 5 pilləlik sıçrayışla 3-cü yerə yüksələcək – 1835,67. Çempionluq və bununla da 3-cü yerə yüksəlmək şansını qaçıran İngiltərə (1812,26) bir addımlıq irəliləyişlə 4-cü olacaq.

Siyahıda ən böyük yüksəliş Venesuelada olacaq – 17 pillə. Türkiyə 16 addımlıq sıçrayışla bu göstəricidə ikincidir. “Ay-ulduzlular” 1533,60 xalla 26-cı yerdə qərarlaşacaq.

Digər Xəbərlər
Xəbər Lenti