Azərbaycan millisindən gələn təklifi geri çevirdi – Tanınmış türkiyəli

7 Yanvar 2024 09:25 Milli komanda 1 412
Azərbaycan millisindən gələn təklifi geri çevirdi – Tanınmış türkiyəli

"Kocaelispor"un baş məşqçisi Ertuğrul Sağlam Azərbaycan millisini çalışdırmaq təklifini qəbul etməyib.

Sportinfo.az xəbər verir ki, 54 yaşlı mütəxəssis bu barədə öz "X" hesabında açıqlama paylaşıb.

Adı "Beşiktaş"la hallanan məşqçi hazırda "Kocaelispor"dakı işinə kökləndiyini bildirib:

"Beşiktaş"ın könlümüzdəki yeri hər zaman özəl və ayrı olsa da, hazırda "Kocaelispor"la inandığımız, müəyyənləşdirdiyimiz hədəfə doğru yürüyürük.

İki həftə öncə Azərbaycan milli komandası üçün də eyni proses baş vermişdi. Diqqət, nəzakət və gözəl mesajlar üçün təşəkkür edirəm. Yeganə düşüncəmiz "Kocaelispor"dur".

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti