Alman məşqçi millimizin futbolçusunu təriflədi

27 Yanvar 22:50 Milli komanda 878
Alman məşqçi millimizin futbolçusunu təriflədi

"Yoxlama oyunlarında qalib gəlmək önəmlidir. Hazırlığın gedişatından ümumən razıyam".

Sportinfo.az xəbər verir ki, bu sözləri millimizin üzvü Dmitri Nazarovun çıxış etdiyi “Erzgebirge”nin baş məşqçisi Dirk Şuster təlim-məşq toplanışını klub kanalına dəyərləndirərkən deyib.

Yalnız nəticəyə baxmalı olmadıqlarını deyən mütəxəssis komandanın fiziki hazırlığını yüksəltməyə çalışdığını diqqətə çatdırıb.

II Bundesliqada turnir cədvəlində 29 xalla 5-ci pillədə qərarlaşan Aue klubunun baş məşqçisi yığmamızın üzvü barədə də fikirlərini bölüşüb:

“Heyətimizdə Deniss, Qonter, Soren kimi futbolçular var. Bu futbolçularla istədiyimiz oyunu göstərə bilərik. Onlardan başqa, Kalogero və Dmitri Nazarov kimi texnikalı oyunçularımızın adını çəkmək istəyirəm. Fikrimcə, bu komanda ilə Bundesliqada yaxşı nəticə əldə edə bilərik".

Xəbər Lenti
21 Sentyabr 22:00 Mendi transferində tamam
21 Sentyabr 17:24 İlkay koronavirusa yoluxdu
21 Sentyabr 11:34 Gözün aydın, 200 sənindir!
20 Sentyabr 23:40 De Byazi "Zirə" - FOTO