"Fernandu Santuş və futbolçuları 4 gündə 4 il qocaltdılar məni”.
Bu sözlər ATV kanalında yayımlanan “Futbolumuz” verlişinin aparıcısı Ceyhun Rzayevə məxsusdur.
Tanınmış telejurnalist Millətlər Liqasının C Divizionuna məğlubiyyətlə start verən yığmmızın üzvlərinin onu xəstəliyə saldığını söyləyib.
Baş məşqçi Fernandu Santuş və futbolçularını ağır dillə tənqid edən aparıcı İsveçə 1:3 hesabıyla uduzduğumuz qarşılaşmadan sonra halının pisləşdiyini açıqlayıb.
Rzayev penalti epizodunu qaçıran Ramil Şeydayevin, həmçinin onun komanda yoldaşlarının özlərini məsuliyyətsiz apardığını vurğulayıb: “Niyə qara geyinməliyəm, sakitləşdirici dərman içməliyəm?".
SPORTİNFO.AZ
VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN: