Şenol Güneş "Sportinfo"ya açıqladı - Azərbaycan millisindən təklif alıbmı?

7 Dekabr 2023 12:40 Milli komanda 2 291
Şenol Güneş "Sportinfo"ya açıqladı - Azərbaycan millisindən təklif alıbmı?

Azərbaycan millisinin baş məşqçi postuna ən real namizədlərdən biri kimi göstərilən Şenol Güneş səssizliyə son qoyub.

Tanınmış türkiyəli mütəxəssis "Sportinfo TV"nin aparıcı-eksperti Elçin Cəfərovla söhbəti zamanı bu məsələ ilə bağlı fikirlər səsləndirib.

O, türk futbolunun ölkəmizdə "xaç atası" kimi tanınan Elçin Cəfərova dolayısı yol ilə təklif aldığını deyib:

"Hazırda Avstriyada istirahət edirəm. Azərbaycanın milli komandasında çalışmaqdan qürur duyaram.

Müəyyən adamlar vasitəsilə təkliflər gəlib. Rəsmi dəvəti gözləyirəm, oturub detallı danışmaq lazımdır.

Azərbaycan futbolu yüksəlişdədir. Xeyirlisi deyək, qismət olarsa, millinizi çalışdırmaqdan qürur duyaram".

Digər Xəbərlər
Xəbər Lenti