“Azərbaycanı udsaq, DÇ-2026-a pley-off şansı əldə edə bilərik” - Yon Dal Tomasson

18 Noyabr 2024 19:20 Milli komanda 954
“Azərbaycanı udsaq, DÇ-2026-a pley-off şansı əldə edə bilərik” - Yon Dal Tomasson

Millətlər Liqasında sabah millimizlə üz-üzə gələcək İsveç yığmasının baş məşqçisi Yon Dal Tomasson mətbuat konfransı keçirib.

Sportinfo.az xəbər verir ki, danimarkalı mütəxəssis C Liqasının ən yaxşı komandası olmaq istədiklərini bildirib:

“Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik. Meydana 3 xal üçün çıxacağıq.

Bizim üçün önəmli matçdı. DÇ-2026 üçün buradan pley-off şansı əldə edə bilərik.

Heyətdə zədəli futbolçular var. Sabah səhər tibbi müayinədən sonra heyətlə bağlı son qərarı verəcəyik”.

Noyabrın 19-da keçiriləcək İsveç - Azərbaycan matçı saat 23:45-də başlayacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!