Azərbaycan yığmasının Millətlər Liqasında Bakıda İsveçlə baş tutacaq matçına satılan biletlərin sayı açıqlanıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmaya 7655 bilet satılıb.
Sentyabrın 5-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - İsveç matçının start fiti saat 20:00-da səsləndiriləcək.

