Azərbaycan millisindən növbəti qələbə – Eyni komanda üzərində

19 Avqust 2023 01:50 Milli komanda 971
Azərbaycan millisindən növbəti qələbə – Eyni komanda üzərində

Bakıda təlim-məşq toplanışını başa vuran 17 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası növbəti yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, “Dalğa Arena”da monteneqrolu yaşıdları ilə qarşılaşan komandamız 2:1 hesablı qələbə qazanıb.

Millimizin qollarını Əkbər Məhərrəmov və penaltidən Həsən Nəzərli vurub.

Bu komandalar arasında üç gün əvvəl keçirilmiş ilk oyun millimizin 4:1 hesablı qələbəsilə nəticələnmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
8 Oktyabr 18:10 Çək və bizə göndər!
8 Oktyabr 08:30 6 cavabsız qol - VİDEO