Azərbaycanlı hücumçu 2025-cü ildə geri qayıdacaq

17 Noyabr 2024 01:20 Milli komanda 828
Azərbaycanlı hücumçu 2025-cü ildə geri qayıdacaq

"Zirə"nin və Azərbaycan millisinin forvardı Rüstəm Əhmədzadənin durumu bəlli olub.

Sportinfo.az xəbər verir ki, Premyer Liqanın 13-cü turunun "Qarabağ"la oyununda (4:0) zədələnən hücumçunun zədəsinin əvvəl bildiriləndən daha ciddi olduğu üzə çıxıb.

“Qartallar”ın futbolçusu komandaya əvvəlcədən planlaşdırıldığı kimi ayın sonuna qədər deyil, bu ilin sonuna kimi kömək edə bilməyəcək.

Əhmədzadə yalnız yanvar ayında meydanlara qayıda biləcək.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
30 Aprel 18:10 Çək və bizə göndər!