De Byazini sərt tənqid etdi: “O, mütləq və mütləq millidə əsas qapıçı olmalı deyil“

26 Mart 2023 16:40 Milli komanda 3 335
De Byazini sərt tənqid etdi: “O, mütləq və mütləq millidə əsas qapıçı olmalı deyil“

“Oyundan öncə də bildirmişdim ki, qapıya Yusif İmanovu yox, daha təcrübəli Səlahət Ağayev və ya Emil Balayevi qoymaq olardı“.

Bu sözləri Sportinfo.az-a açıqlamasında millinin veteran yarımmüdafiəçisi Yunis Hüseynov deyib.

O, yığmanın baş məşqçisi Canni De Byazinin AVRO-2024-ün seçmə mərhələsinin ilk turunun Avstriya ilə səfər qarşılaşmasında (4:1) meydana buraxdığı əsas heyəti düzgün saymayıb.

Müsahib italiyalı mütəxəssisin qapıçı mövqeyi ilə bağlı seçimini sərt tənqdi edib:

“Yusif cavan uşaqdır, gələcəyi var. Premyer Liqada ikinci yerdə gedən komandanın qapıçısı mütləq və mütləq millidə əsas qapıçı olmalı deyil.

Cavan olduğu üçün onu “yandıra“ bilərdik. Premyer Liqanın oyunlarında maksimum 2000 adam gəlir, amma Avstriyada 30000 nəfərin qarşısında çıxış etməli idi.

Ona çətin olacağı gözlənilən idi. Səlahət və ya Emil qapıda olsaydı, bundan yaxşı nəticə olacağını da demək düzgün deyil.

Buna baxmayaraq, yenə fikrimdə qalıram ki, Səlahətə şans vermək daha məqsədəuyğun olardı. Belə oyunda gənc qapıçıya meydan vermək düzgün hal deyildi”.

Digər Xəbərlər
Xəbər Lenti