COP29

"Uğursuzluq varsa,məşqçi və futbolçular məsuliyyət daşıyır, jurnalistlərin nə günahı var?"

14 İyun 01:00 Milli komanda 712
"Uğursuzluq varsa,məşqçi və futbolçular məsuliyyət daşıyır, jurnalistlərin nə günahı var?"

"Uğursuzluq varsa, buna məşqçi heyəti və futbolçular məsuliyyət daşıyır, jurnalistlərin bunda nə günahı var?"

Sportinfo.az xəbər verir ki, bu sözləri Azərbaycan millisinin yeni baş məşqçisi Fernandu Santuş bildirib.

O, bu sözləri "sələfiniz Canni De Byazi hər uğursuz nəticədən sonra müxtəlif bəhanələr gətirirdi. Siz də eyni addımı atacaqsınız?" sualına cavabında bildirib.

Santuş qeyd edib ki, ətbuatda səslənən fikirlərlə razılaşıb-razılaşmamaqları başqa məsələdir:

"Amma istənilən halda sizin fikirlərinizə hörmətlə yanaşmalıyıq. Azərbaycana iş görmək üçün gəlmişik.

Dediyim kimi, bəlli hədəflərimiz var və ümid edirəm ki, 2028-ci ildə hədəflərimizə çatacağıq".

Digər Xəbərlər
Xəbər Lenti
23 İyul 18:10 Çək və bizə göndər!